"Sumqayıt" növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, "kimyaçılar" "Qəbələ"dən 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Bəhlul Mustafazadəni heyətinə qatıb. 20 yaşlı mərkəz müdafiəçisi növbəti mövsümün sonuna qədər icarə əsasında "Sumqayıt"da çıxış edəcək.
Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi daha əvvəl "Qəbələ"dən hücumçu Ehtiram Şahverdiyevi transfer etmişdi. (Futbol11.az)
saytlarin hazirlanmasi