Aquero "Mançester Siti"ni tərk edə bilər

13:35 - 6 Fevral 2017

Argentina millisinin üzvü Serxi Aquero yayda "Mançester Siti"ni tərk edə bilər. 

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu komandadakı durumundan narazıdır. Belə ki, son oyunlarda ehtiyat oyunçular skamiyasında şansını gözləyən futbolçu verdiyi açıqlamada klubdakı gələcəyinin sual altında olduğunu vurğulayıb:

 

"Mövsümün son 3 ayında klubun uğur qazanması üçün əlimdən gələni edəcəm. Mövsümün sonunda isə klubda qalıb-qalmayacağıma dair qərar verəcəm". 

 

Komandanın baş məşqçisi Pep Qvardiola isə açıqlamasında Aquero ilə heç bir probleminin olmadığını deyib:

 

"Onunla heç bir problemim yoxdur. Aquero bizim ən önəmli oyunçularımızdan biridir və mövsümün sonuna qədər bir neçə matçda şans qazanacaq". 

 

Qeyd edək ki, 28 yaşlı hücumçunun "şəhərlilər"lə 3,5 illik müqaviləsi mövcuddur. 

Xəbər xətti