"Kəpəz" "Sumqayıt" üçün hazırlaşır

14:38 - 6 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Sumqayıt” ilə görüşəcək “Kəpəz” bir günlük istirahətin ardından qarşıdakı oyunun hazırlığına başlayıb.

 

Sportal.az xəbər verir ki, komandanın bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub.

 

Gəncə klubu sabah saat 12:00-da “Dalğa Arena”da hazırlıq keçəcək. Gənclik şəhərinin təmsilçisi ilə oyun öncəsi son məşq prosesi (fevralın 8-i saat 15:00-da) matçın keçiriləcəyi arenada olacaq. 

Xəbər xətti