"Kəpəz"də zədəlilərin son durumu

15:49 - 6 Fevral 2017

Azərbaycan Premyer Liqasında “Zirə” ilə oyunun sonlarında zədələnən Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, müayinədən keçən müdafiəçiyə sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu qoyulub. Əliyevin müalicəsi davam etdirilir. Futbolçu zədəsi səbəbindən “Sumqayıt” ilə görüşdə iştirak edə bilməyəcək. Onun həftəsonu “Qarabağ” ilə oyuna kimi hazır olacağı gözlənilir.
 
Komandanın digər zədəli oyunçuları Tural Axundov ilə Azad Kərimov isə artıq sıraya dönüb. Ötən tur “Zirə” ilə görüşü buraxan futbolçular bu gün komanda ilə birgə məşqlərə qoşulublar. 

Xəbər xətti