Premyer Liqanın 17-ci turu çərçivəsində səfərdə "Qəbələ"nin qonağı olacaq AZAL oyuna ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, ötən oyunda sarı vərəqə limitini doldurduğu üçün "Qarabağ"a qarşı oynamayan Kamal Mirzəyev AZAL-a yenə kömək edə bilməyəcək. Buna səbəb futbolçunun zədələnməsi olub.
U-21 millimizin də üzvü olan Mirzəyevin dizində bağlar dartılıb və bərk əzilib. Bu səbəbdən gənc yarımmüdafiəçi "Qəbələ" ilə matçda Tərlan Əhmədovun sərəncamında olmayacaq. Kamal 18-ci turda "İnter"ə qarşı keçiriləcək matçı da buraxacaq.
Qeyd edək ki, "Qarabağ"la oyunda qırmızı vərəqə alan Sadio Tounkara da sabah "Qəbələ" ilə oyunda meydanda olmayacaq.
Xatırladaq ki, "Qəbələ" - AZAL matçı sabah saat 15:00-da başlayacaq.
saytlarin hazirlanmasi