Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatında XVII tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. "Qarabağ" öz meydanında "Zirə"dən, "Qəbələ" isə AZAL-dan üstün olub.
"Qarabağ" - "Zirə" - 2:1
Qollar: Elgün Nəbiyev, 46, Vüqar Nadirov, 88 // Vəzir Musayev, 81.
"Qəbələ" - AZAL - 3:1
Qollar: Ravil Yusifli, 18, Elvin Həsənov, 70, Rövlan Muradov, 90+4 // Fuad Bayramov, 75
saytlarin hazirlanmasi