"Lester Siti"dən Ranyeri qərarı

18:30 - 7 Fevral 2017

"Lester Siti" rəhbərliyi komandanın zəif çıxış etməsinə rəğmən baş məşqçi Klaudiyo Ranyerinin arxasında olduqlarını bildirib.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm sürpriz şəkildə İngiltərə çempionu olan "tülkülər" bu mövsüm onlara bəslənən etimadları doğrultmur. Belə ki, Lester təmsilçisi 24 turdan sonra aktivində olan 21 xalla təhlükəli zonada qərarlaşıb.

 

Ancaq komandadakı düşüşə baxmayaraq rəhbərlik italyan mütəxəssisin arxasında olduğunu açıqlayıb. Klubdan verilən açıqlamada "Mətbuatda yayılan Ranyerinin istefaya göndəriləcəyiylə bağlı xəbərlər həqiqəti əks etdirmir. Baş məşqçimizə dəstəyimiz davam edir" fikirləri ifadə edilib.

Xəbər xətti