"Neftçi"nin sabiq futbolçusu: "Azərbaycanda toyuq əti əvəzinə qurbağa yemişəm"

11:44 - 8 Fevral 2017

"Neftçi"nin sabiq futbolçusu və hazırda Braziliya A Seriyasında çıxış edən "Avay" klubunun şərəfini qoruyan Denilson Pereyra müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı forvard müsahibəsində yaşadığı legonerlik həyatı haqda da danışıb:

 

“Braziliyanı erkən tərk etmişəm. “Fluminense”dən “Udineze”yə getsəm də, keçidim baş tutmadı. İspaniya La Liqasında mübarizə aparan “Qranada”ya keçdim. Mən “Qranada”nın B komandasında çıxış edirdim. Lakin orada əsas komandada oynamaq fürsəti qazana bilmədim. Daha sonra isə azərbaycanın “Neftçi” klubuna icarəyə verildim. Azərbaycanda futbol və mentalitet tam fərqli idi. Oranın mədəniyyətinə uyğunlaşa bilmirdim. Orada toyuq əti yediyimi düşünərək qurbağa əti yemişəm. Heç cür adaptasiya ola bilmədim. Bir müddətdən sonra isə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verdik”.

 

Qeyd edək ki, Pereyra "Neftçi"də 9 oyuna 1 qol vurmuşdu. Ötən ilin noyabr ayında isə onun müqaviləsi qarşılıqlı razılşama ilə pozulmuşdu. Hazırda "Avay"da icarə əsasında oynayan Denilson 5 oyuna 3 qol vurub. O, müqavilə ilə İspaniyanın "Qranada" klubuna məxsudur.

Xəbər xətti