Ruslan Abışov səfir seçildi

13:26 - 8 Fevral 2017

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, ulduz səfirlər müğənni Tünzalə Əliyeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmovdur.

 

İdmançı səfirlər olaraq Azərbaycanı Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atletika) və Aynur Rzayeva (boks) təmsil edəcək.Təqdimat mərasimi "Qrassroots" proqramı çərçivəsində baş tutub. Proqrama yerli atletlərlə yanaşı, əcnəbi idmançılar da qoşulub. Hələlik onların təsdiqlənmiş sayı 16-dır.

 

Xəbər xətti