"Vətən" futbol məktəbinin nəzdində ilk dəfə olaraq qapıçılar üçün seminar təşkil edilib.
Sportal.az xəbər verir ki, belə seminarlar ayda iki dəfə təşkil ediləcək. Bununla bağlı "Vətən" futbol klubunun məşqçisi Xəyal Zeynalov saytımıza açıqlama verib:
"Qərara aldıq ki, qapıçılarımıza müasir futbolda vəzifələrinin nə olduğunu aşılayaq. Bundan başqa qapıçılarımızın həftə ərzində keçirilən oyunlardakı səhvlərini müzakirə etmək üçün ən əlverişli yol seminardı. Qarşıdakı seminarlarımızda qapıçılığın təməl texnikasını müzakirə etməyi planlaşdırmışıq"
saytlarin hazirlanmasi