Azərbaycan Premyer Liqasının XVII turunda "Sumqayıt” ilə səfərdə qarşılaşacaq "Kəpəz” oyunun hazırlıqlarını başa vurub.
Sportal.az xəbər verir ki, Gəncə komandası matç öncəsi son məşqini oyuna ev sahibliyi edəcək arenada keçib.
Gənclik şəhəri"nin təmsilçisi ilə görüşə "sarı-göylər” itkilərlə çıxacaq. "Kəpəz”in heyətində cəzalı və zədəli futbolçular var. "Zirə”yə qarşı son çempionat oyununda xəsarət alan Şəhriyar Əliyev və əvvəlki matçdan zədəli olan kapitan Tural Axundov sağalmayıb.
Komandanın cəzalı üzvü isə Renan Da Silvadır. Braziliyalı bu gün əvəzedicilərin görüşündə meydana çıxıb.
saytlarin hazirlanmasi