Samir Abasov: "Tribunadakı narazılıqlar qalsın bir kənara" MÜSAHİBƏ

17:32 - 9 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”  öz meydanında “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov fikirlərini bildirib:

 

- Danışası bir şey yoxdur. Allah futbolçularımızın əziyyətini yerdə qoymasın. Bu gün Bəhlul ilk dəfə Premyer Liqada oyuna çıxmışdı. Başqa bir sistem də qura bilərdik, amma biz potensialı olan futbolçuları oynadacağıq.

 

- Bu gün heyətdə yalnız gənc futbolçular yer almışdıq. Demək olar ki, “Sumqayıt” ötən illərdin “Xəzər”ini xatırlatdı. Siz nə düşünürsünüz?

- “Xəzər” haqda düşünmürdüm, açığı. İstəyirik ki, “Xəzər Sumqayıt”ın adət-ənənəsini qaytaraq. Çünki bütün komandalar “Xəzər”dən qorxurdu. İndi də “Sumqayıt”ı elə etmək istəyirik.

 

- Çernişevdən fərqli Qıstarovun oyunu azarkeşləri qane etmir. Tribunada da narazılıqlar var idi...

- Tribunadakı narazılıqlar qalsın bir kənara. Seçimə gəldikdə, böyük seçim qarşısında deyildik. 2 futbolçu baxışda idi, ikisi ilə də müqavilə imzaladıq. Əgər baxışda 4-5 futbolçu olsaydı, seçim edərdik.

Xəbər xətti