Şahin Diniyev üçün tarixi oyun

13:23 - 10 Fevral 2017

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Sumqayıt”la oyunu (1:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Gəncə klubunu 100-cü dəfə çempionat oyununa çıxarıb. 2004-cü ilin yayında “Gəncə” adlanan klubun baş məşqçisi təyin olunan Diniyev 2005-ci ilin sonunadək, yəni mövsümyarım komandaya rəhbərlik edib. Azərbaycan milli komandasının “sükanı arxasına” keçməsi ilə əlaqədar klubundan ayrılan çalışdırıcı 2015-ci ilin yayında “Kəpəz”ə qayıdıb.

 

4 müxtəlif mövsümdə qərblilərə rəhbərlik edən 51 yaşlı mütəxəssis bu müddətdə 35 qələbə sevinci yaşayıb. 32 heç-heçə və 33 məğlubiyyətə şahid olan Diniyevin yetirmələri 119 qol vurub və 106-nı buraxıb. “Kəpəz” onun rəhbərliyi altında ümumilikdə 137 xal qazanıb.

 

Xəbər xətti