"Neftçi" 1000-i yarıladı

14:14 - 10 Fevral 2017

Azərbaycan Premyer Liqasının 17-ci turunun “İnter”lə səfər qarşılaşması “Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolunu vurub. Yubiley qoluna çilili İqnasio Herrera imza atıb.

 

Komandasının 3:1 hesablı qələbəsiylə başa çatan oyunun 58-ci dəqiqəsində fərqlənən cənubi amerikalı həm matçda sonuncu qolu vurub, həm də “Neftçi”nin 1000-i yarılamasında pay sahibi olub.

 

1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 500-cü səfər qolunu vuran bakılılar buna 351-ci matçda nail olub. “Ağ-qaralar”ın rəqib meydanındakı orta məhsuldarlığı 1,425-ə bərabərdi. Paytaxt təmsilçisi 25 illik tarixə malik çempionatlarda ən çox səfər qolu vuran komandadı.

Xəbər xətti