Elbrus Məmmədov, Dario Srna və Timoşuk PRO kateqoriyası aldı

00:03 - 11 Fevral 2017

Bu gün Ukrayna Futbol Federasiyasının təşkil etdiyi PRO kateqoriyası üzrə məşqçilik kurslarının imtahanları keçirilib. 

 

Sportal.az xəbər verir ki, imtahanın nəticələrinə əsasən, iki azərbaycanlı mütəxəssis də PRO kateqoriyasına yiyələnib. Söhbət “Xəzər Lənkəran” sabiq baş məşqçisi, hazırda "Sumqayıt"ın əvəzedici komandasını çalışdıran Elbrus Məmmədov və Samir Əliyevdən gedir.

 

Həmyerlilərimizlə yanaşı, veteran futbolçu Anatoli Timoşuk və “Şaxtyor”un kapitanı Dario Srna da PRO kateqoriyasına yiyələnib.

 

Qeyd edək ki, PRO kateqoriyası məşqçilik sahəsində ən yüksək dərəcədi və istənilən beynəlxalq klublarda, milli komandalarda işləmək üçün səlahiyyət verir.

Xəbər xətti