"Neftçi"dən qovulan futbolçu "Rabotniçki"də

10:56 - 13 Fevral 2017

Mövsümün gedişində "Neftçi"dən qovulan Vançe Şikov özünə yeni komanda tapıb. 

 

Sportal.az xəbər verir ki, makedoniyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Şikov ölkəsinin "Rabotniçki" klubu ilə münasibətlərini rəsmiləşdirib. O, mövsümün sonuna qədər sözügedən komandanın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Makedoniya millisinin də üzvü olan 31 yaşlı futbolçu "Neftçi"də 9 oyun keçirmişdi.

Xəbər xətti