Premyer Liqanın 18-ci turu çərçivəsində AZAL "İnter"i qəbul edəcək.
Sportal.az xəbər verir ki, meydan sahibləri oyuna 3 itki ilə çıxacaq. Tərlan Əhmədov Kamal Mirzəyev, Qeyrət Əliyev və Omeqa Robertsin xidmətindən məhrumdu. Kamal və Qeyrət zədə səbəbindən, Omeqa isə "Qəbələ" ilə oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün "təyyarəçilər"ə kömək etməyəcək.
Lakin Kamal Mirzəyevə həkimlər icazə versə, "İnter"lə matçda çıxış edə bilər.
Əvəzində isə "Qarabağ"la oyunda qırmızı vərəqə alan Sadio Tounkara "İnter"ə qarşı oynaya bilər.
Qeyd edək ki, sözügedən qarşılaşma 15:00-da start götürəcək.
saytlarin hazirlanmasi