Azərbaycan Premyer Liqasının 18-ci turunda doğma meydanında “Sumqayıt”a qalib gələn (1:0) “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, oyundan sonra “Neftçi”ın baş məşqçisi Elxan Abdullayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda gözəl oyun nümayiş etdirdi. Fərhad Vəliyevin fərdi ustalığı imkan vermədi ki, daha çox qol vuraq. Amma bu, önəmli deyil. Əsas 3 xaldır.
- “Neftçi”nin oyununa “Sumqayıt”, yoxsa qar mane oldu?
- Mən qara necə şikayət edim? Quru hava olsaydı, daha yaxşı olardı.
- İcarəyə götürülən futbolçular haqda konkret qərar verilib?
- Bizdə yalnız Folprext və Dreksa icarəyə götürülüb. Folprexti istəsək, ala bilərik. Müqavilənin bəndində belə şərt var.
- Mahir Şükürov mövsümün sonunda karyerasını bitirəcək?
- Bunu Mahirdən soruşun. Axı onun yerinə necə cavab verim? Hər şey özündən aslıdır. İstəsə, oynaya bilər.
- Boban Baykoviç legioner limitinə görə, ehtiyatda qalıb?
- Bu oyunda da tələb olunurdu ki, qapıda Vaylo olsun. Limit məsələsini də bilirsiz. Cavid, Fəhmin, Rəhman tam formada deyil.
saytlarin hazirlanmasi