Samir Abasov özündən çıxdı: "Haramları olsun" MÜSAHİBƏ

19:49 - 13 Fevral 2017

Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə “Neftçi”yə uduzan (0:1) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Abasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- 7 məğlubiyyətsiz oyundan sonra məğlub olduq. Qismət belə imiş. Bundan da çətin oyunumuz AZAL-la evdə baş tutacaq. Bu gün danışalacaq bir şey yoxdu. Hava şəraiti oynamağa imkan vermədi. “Neftçi” qələbəyə layiq idi. Rəqibi təbrik edirəm. Çox gücləniblər. Bizim “Neftçi” eyni “Neftçi”di.

 

- Fasilədən sonra nə baş verdi? İlk hissədə komandanız daha inamlı təsir bağışlayırdı… 
- Hava şəraiti oynamağa imkan vermirdi. Yoxsa ciddi dəyişiklik baş vermədi. Sadəcə, “Neftçi”nin təzyiqinə tab gətirmədik.

 

- Komandanın gələcək planları necədi? Bir də ki, oyunun son dəqiqələrində azarkeşlərlə nə baş vermişdi? 
- Heç bir planımız yoxdu. Azərbaycanda gələcək üçün plan qurmaq bilmirəm nə dərəcədə uyğundu. 2-ci suala gəlincə isə bilmirəm haranın azarkeşləri idi. Haramları olsun. Bu cür komanda yaratmışıq, ancaq belə ifadələr işlədirlər. Mən onları heç “Sumqayıt” azarkeşi də saymıram. Təhqir olmadı, sadəcə, elə sözlər dedilər ki, onu heç cür qəbul eləmək olmaz.

 

- Təxribat olmaq ehtimalı var? 
- Təxribat olduğunu düşünmürəm. Bəlkə də, bizdə oynayan oyunçulardı. Belədisə, böyük səhv edirlər.

 

-    Amil Yunanovu oyuna daha gec qoşmadız?
-    Sizcə, mən heç-heçə olan zaman Raili çıxarıb Amili oyuna salaram? Artıq hər şey əldən gedəndən sonra Amili oyuna saldıq. Ehtiram Şahveriyevə də ötürmə etdi, amma vura bilmədi. 

Xəbər xətti