"Sumqayıt" istirahətsiz davam edir

16:45 - 14 Fevral 2017

"Sumqayıt" növbəti turda qarşılaşacağı AZAL-la oyunun hazırlığına istirahət vermədən başlayıb.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında iki qrup üzrə məşq edib. Dünən "Neftçi" ilə oyunda start heyətində yer alan futbolçular fitness zalında bərpa məşqi keçib. Digər qrup isə meydançadakı hazırlıqla günü başa vurub.

 

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın XIX turunda fevralın 19-da "Kapital Bank Arena"da AZAL-ı qəbul edəcək.

Xəbər xətti