"Mançester Siti"nin heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in braziliyalı hücumçusu Qabriel Jezus sıradan çıxıb. Premyer Liqanın 25-ci turunda "Bornmut"la matçda (2 - 0) zədələnən 19 yaşlı forvardın durumuna aydınlıq gəlib.
Bu gün keçirilən tibbi müayinədən sonra "sanbaçı"nın durumunun ciddi olduğu məlum olub. Belə ki, gənc futbolçu 2-3 ay komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, qış transfer pəncərəsi zamanı Braziliyanın "Palmeyras" klubundan "Mançester Siti"yə transfer olan Jezus İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 4 qarşılaşmada 3 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi