Madrid "Real"ının futbolçusu Qaret Beyl Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə ilk oyunu buraxacaq.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan uelsli yarımmüdafiəçinin adını sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil etməyib. O, komanda ilə ümumi məşqlərə başlayan Q.Beyli tam hazır hesab etməyib.
Qeyd edək ki, "Real" - "Napoli" görüşü sabah keçiriləcək.
saytlarin hazirlanmasi