Polis "Borussiya" azarkeşlərini döydü

16:33 - 15 Fevral 2017

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" - "Borussiya" matçından (1 - 0) əvvəl xoşagəlməz hadisələr baş verib.

 

Sportal.az xəbər verir ki, Portuqaliya polisi alman azarkeşlərə hücum edərək onları döyüb. Bu barədə dortmundlular fan klubun "tvitter" səhifəsindən məlumat verib.

 

Bundan başqa "Borussiya" azarkeşləri stadionda gec buraxılıblar. Belə ki, onlar matçın start fitindən təxminən 30 dəqiqə sonra tribuna öz yerlərini tuta biliblər.

Xəbər xətti