Paytaxtın AZAL klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, söhbət Mərakeş millisinin sabiq üzvü Mehdi Taoulidən gedir. Bu barədə məlumatı "təyyarəçilər"in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov verib. O bildirib ki, 33 yaşlı futbolçu gecə saatlarında Bakıya gələcək və sabah AZAL-la mövsümün sonuna qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçinin son klubu Türkiyə "Sivasspor"u olub. O, karyerası ərzində "Nansi" və "Monpelye" kimi tanınmış klublarda çıxış edib.
saytlarin hazirlanmasi