Arsen Venger: "Bizim üçün kabus oldu"

11:18 - 16 Fevral 2017

“Arsenal” Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə keçirilən ilk oyun 1:5 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, London klubunun baş məşqçisi Arsen Venger qarşılaşmadan sonra məğlubiyyəti şərh edib:

 

“Qəribə oyun idi. Biz birinci hissədə yaxşı oynadıq və qol vurmaq üçün iki yaxşı imkanımız da oldu. İlk hissənin sonlarında o imkanlardan yararlanmalıydıq. Loran Koselni meydanda çıxandan sonra hər şey dəyişdi. İkinci hissənin əvvəlində 3 dəqiqəyə 2 qol buraxdıq. Qısa müddətdə 2 qol buraxdıqdan sonra toparlanmaq çətin olur. Bu qolları necə buraxdığımızı təhlil edəcəyik. Buna qədər pis oynamırdıq, oyunun gedişinə nəzarət də yaxşı idi. Ancaq son 25 dəqiqə bizim üçün kabus oldu. “Bavariya”ya alternativ heç nə təklif edə bilmədik. Nəticə ilə barışmaq məcburiyyətindəyik. Hərçənd, bu, çox pis nəticədi”.

 

Qeyd edək ki, bu cütün cavab qarşılaşması mart 7-i keçiriləcək.

Xəbər xətti