Şenol Günəş: "Hər şey burada bitmədi"

11:24 - 17 Fevral 2017

“Beşiktaş” Avropa Liqasının 1/16 final mərhələsinin ilk matçında İsraildə Beer-Şeva  “Hapoel”inin qonağı olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşma “qara qartallar”ın 3 – 1 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş jurnalistlərin suallarını cavablandırıb.

 

Təcrübəli mütəxəssis qələbəni belə şərh edib:

 

“Rəqibimiz kontrollu oynayıb, bizi üzərinə çəkməyə çalışrıdı. Biz də səbrli oynamağa çalışdıq. Top itkilərinə yol verirdik. Bu da qazonun vəziyyəti ilə bağlı idi. Rəqibə qol şansları versək də, biz daha çox şanslar əldə etdik.

 

Bu komandanı öz meydanında məğlub etmək çətindi. Bütün futbolçularımı təbrik edirəm. Cavab matçında da qələbə qazanmaq istəyirik. Hər şey burada bitmədi. Bu gün sadəcə üstünlük əldə etdik”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 23 fevralda İstanbulda baş tutacaq.

Xəbər xətti