Qara görə daha bir oyun təxirə salındı

13:40 - 17 Fevral 2017

Ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən daha bir oyun təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqası Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatının bir matçının vaxtını dəyişib.
 
Paytaxtda baş tutmalı olan “İnter” – “Zirə” görüşü bu gün deyil, fevralın 19-da reallaşacaq. Qarşılaşma 14:00-da “İnter Arena”da başlanacaq.

 

Qeyd edək ki, PFL I divizonunun XVI turunda baş tutacaq "Şahdağ" - "Bakılı" oyununu da təxirə salmışdı. 

Xəbər xətti