Ayxan Abbasov: "Yeni gələn futbolçularımız tam formada deyillər" MÜSAHİBƏ

17:36 - 18 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan “İnter” – “Zirə” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib:

 

“Gərgin oyun oldu. “İnter”lə oyunlar həmişə belə keçir. Yeni gələn futbolçularımız tam formada deyillər. Buna səbəb isə onların bizimlə birlikdə tam hazırlıq keçməməsidir. Uşaqlar bu gün çox çalışdılar, onlara təşəkkür etdim. Bu oyundakı 1 xal bizim üçün çox vacib idi. Bundan sonra qarşıdakı oyunlara hazırlaşmalyıq”.

 

- Qırmızı vərəqə epziodu ilə bağlı nə deyə bilərsiniz?

- Əlbəttə, var idi. Məncə də, top xəttən kənarda Nəzirovun əlinə dəymişdi.

 

- Yeni futbolçuların durumundan razısız?

- Bu haqda tələsmirik. Bu gün Akim zədələnib çıxdı. Gürcüstanlı yeni transferimiz oynaya bilir, məşqsiz deyil. Risk edib, bəzi zədəli futbolçularımızdan istifadə edirik. Ümid edirəm ki, onlar formalarını bərpa edə biləcəklər. (Futbol11.az)

Xəbər xətti