Şahin Diniyev: "Buna görə məşqçini öldürməlidlər?"

20:08 - 18 Fevral 2017

Premyer Liqanın 19-cu turunda “Kəpəz” səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib:

 

-    Maraqlı oyun getdi. Qarşılıqlı hücumlar oldu. Bizim qol vəziyyətlərimiz daha real idi. Komandamın oyunu məni qane etdi. Hər mövqedə 1 futbolçu ilə çıxış etmək çətindir. Hər iki komanda yaxşı oynadı. Əsl derbi idi. “Qarabağ”la oyunda da yaxşı oynamışdıq. Oyunçulara özünəinam hissi lazım idi. Növbəti oyunda daha yaxşı oynayacağıq. Hələ heç nə bitməyib. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə son tura qədər davam edəcək.

 

-    Komandada nə baş vermişdi ki, bu tura qədər xal qazanmırdı?
-    Fasildən sonra komanda tamam olaraq dəyişmişdi. Komanda daxilində heç nə yox idi. Çox şeylər deyilirdi. Amma qaydasında idi. Ötən il “Lester Siti” İngiltərə çempionu idi, hazırda autsayderdirlər. Buna görə məşqçini öldürməlidlər? Bu gün komanda boyundan yuxarı tullandı. Hamıya hörmətim var, ancaq bilməlidilər ki komanda daxilində heç bir gərginlik yoxdu. 

 

-    Oyunun məntiqli nəticəsi heç-heçə idimi?

-    Hər iki komanda qələbəyə layiq idi. 

 

-    Tadas Simaitis və Serjinyoya cəza vermisiz? Ötən turda da ehtiyatda qalmışdılar.

-    Yox, belə şeyə qarşıyam. Futbolda reallıqlar var. Tadas pis qapıçı deyil. Sadəcə, Davud Kərimi “Qarabağ”la oyunda yaxşı təsir bağışlamışdı. O ki qaldı Serjinyoya, bu oyunda ondan çox digər oyunçulara ehtiyacım var idi. O, hücumameyilli oyunçudu, ona görə ikinci hissədə meydana buraxdım.

 

- Tural Axundovun mərkəzdə oynaması Vüqar Bəybalayevin oyunundan narazı qalmağınızla bağlıdı?
- Bəybalayev yarı dağıdıcı, yarı yaradıcı oyunçudu. Buna görə bu gün daha müdafiəmeyilli olan Turala mərkəzdə şans verdim. 

Xəbər xətti