Elxan Abdullayev: "İstərdim ki, o mahnını azarkeşlərimiz tez-tez dinləsin"

20:20 - 18 Fevral 2017

Premyer Liqanın 19-cu turunda “Kəpəz” səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi Elxan Abdullayev  oyunla bağlı fikirlərini bildirib:

 

-    Çətin olacağını bilirdik. “Kəpəz”dən belə oyun gözləyirdik. Onlara xal daha çox lazım idi.  Yaxşı oynadıq, qol vura bilmədik. 90 dəqiqə təzyiq etdik, təəssüflər olsun ki, fərqlənə bilmədik.

 

-    Getdikcə “Neftçi”də məhsuldarlıq daha da azalır...
-    Məni sevindirən odur ki, qol buraxmırıq. Qol vurulanda stadionda mahnı səslənir. Mən istərdim ki, o mahnını azarkeşlərimiz tez-tez dinləsin. Yəni, çoxlu qollar vuraq (gülür).

 

- Ruslan Abışovun vəziyyəti necədi?
- Onu oyundan sonra görməmişəm.

 

- İkinci hissədə hücumçunu hücumçuyla əvəz etdiz. Bu nə ilə bağlı idi?
- Ruslan Abışovu məcburən əvəzlədik. O ki qaldı üçüncü dəyişikliyə, fikirləşdim ki, Barqası kimin əvəzinə çıxarda bilərəm. O, cinahda oynayan oyunçu deyil. Müdafiəçiylə əvəzləməklə risk etmək istəmədim. Buna görə, məcburən onu Seqoviya ilə əvəzlədim. Hər iki oyunçu tam hazır deyil.

 

- Namiq Ələsgərovun və Rəhman Hacıyevin oyunundan razı qaldız?
- Namiq ilk hissədə alınmasa da, ikinci hissədə yaxşı oynadı. Fasilədə ona tapşırıqlar verdim. O ki qaldı Rəhmana, onun oyunundan razı qalmadım. Ehtiyatda oturmasının səbəbi isə ötən oyunda qalib gələn heyətə şans verməyim oldu. Qalib heyəti dəyişməzlər.

Xəbər xətti