Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda "Kəpəz" səfərdə "Neftçi" ilə qarşılaşaıb.
Sportal.az xəbər verir ki, 0 - 0 hesablı bərabərliklə başa çatan matçdan sonra Gəncə klubunun futbolçusu Kərim Diniyev idmanxeber.com-un əməkdaşının suallarını cavablandırıb:
- İlk öncə oyun haqqında fikirlərini bildirərdiniz...
- Çətin oyun olacağını bilirdik. Bu oyundan xalla qayıtmaq bizim üçün vacib idi. Çünki ardıcıl 4 oyundur ki, məğlub olurduq. Oyundan qalib də ayrıla bilərdik. Sadəcə, əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Amma düşünürəm ki, “Neftçi” səfərindən 1 xalla qayıtmaq da pis deyil.
- Komandanın uğursuz oynamasından sonra bir çox azarkeşlər baş məşqçi Şahin Diniyevin istefaya getməsini istəyirdi. Sizcə, bu oyundan sonra onların fikri dəyişəcəkmi?
- Komanda kollektiv şəkildə yaxşı mübarizə apardı. Düşünürəm ki, pis oynamadıq. Azarkeşlər arasında belə narazılıqlar ola bilər. Çünki komanda son oyunları meydandan məğlub ayrılmışdı. Fikirləşirəm ki, bu oyun bizim üçün dönüş nöqtəsi ola bilər. Bu oyunda qazandığımız bir xal gələcək oyunlarda bizə kömək olacaq.
- Gəncəli azarkeşlər “Bakı derbisinə xoş gəlmişsiniz” yazılı pankart açmışdılar. Bu barədə nə düşünürsüz?
- Komanda çox vaxt Bakıda toplanışda olur. Gəncədə qalmağa bazamız yoxdur. Bu səbəbdən məcburuq ki, Bakıda qalaq.
- Bugünkü oyununuz Şahin Diniyevi razı saldı?
- Bəli. Oyundan sonra soyunub-geyinmə otağında bizə öz təşəkkürünü bildirdi.