Samir Abasov: "Onun əvəzedici komandaya göndərilmək vaxtı çatıb"

18:16 - 19 Fevral 2017

Azərbaycan Premyer  Liqasının XIX turunda “Sumqayıt” öz meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:

 

- Çətin oyun oldu. “Sumqayıt”ın adına oynadıq. Amma komandanın oyunundan razı deyiləm. Futbolçularımda uduzmamaq hissi olsa da, həyəcanlı idilər. Oyundan sonra futbolulara etirazımı bildirdim. AZAL-la oyunda xal itirsəydik, digər rəqiblərimiz bizə çatacaqdılar. Yenə deyirəm, oyundan razı qalmadım.

 

- İlk hissənin sonunda hakimə etiraz edirdiniz. Bu, nə ilə bağlı idi?

- Rəhimə öz etirazımı bildirdim. İlk hissədə olan qayda pozuntusunun səbəbini öyrəndim. Rəhim də dedi ki, “etirazını oyundan sonra bildir” və məni texniki zonadan uzaqlaşdırdı.

 

- “Sumqayıt”da yarımmüdafiə xətti yoxdu. Düşünmürsünüz ki, Xəyal Nəcəfovun əvəzedici komadaya göndərilmək vaxtı çatıb?

- Bəli, razıyam ki, yarımmüdafiə xəttimizdə boşluq var.  Xəyaldan soruşun, sizə eyni şeyi deyəcək. Artıq onun əvəzedici komandaya göndərilmək vaxtı çatıb.

Xəbər xətti