Azərbaycan Premyer Liqasının XIX turu "Sumqayıt"ın futbolçusu Yusif Nəbiyev üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, "Sumqayıt"ın AZAL-la ev oyununda matçda yeganə qolun müəllifi olan gənc müdafiəçi açıqlama verib.
O, komandasına qələbə qazandırdığı üçün xoşbəxt olduğunu deyib: "Oyun çətin olsa da, qələbə qazanmağımız yaxşı oldu. Səhvlərimiz olsa da, qələbə qazandığımıza görə özümüzü xoşbəxt hiss edirik. Tur çərçivəsində 4-cü pillə uğrunda rəqibimiz "Zirə" də xal itirmişdi. Biz də istəyirdik ki, AZAL-ı məğlub edək və yenidən 4-cü pilləyə qalxaq. Bunu bacarmağımlız yaxşı oldu".
"Sumqayıt" hazırda Avrokuboklara vəsiqə aparan yerlər uğrunda mübaizə aparsa da, Nəbiyev komandasını Avropa Liqasına hazır görmür: "Hazırda biz çempionata köklənmişik. Çalışırıq ki, mövsümü olduğumuz yerdə başa vuraq. Ancaq Avropa Liqasına vəsiqə qazansaq, yeni transferlər mütləq olmalıdır. Əgər avrokuboklara vəsiqə qazansaq, komandamıza yeni futbolçular cəlb olunacaq, bunu bizə rəhbərlikdən deyiblər".
Yusif "Qəbələ"nin yetirməsidir və mövsümün sonuna qədər icarə əsasında "Sumqayıt"da çıxış edəcək. O, komandadakı gələcək taleyindən danışmaqda çətinlik çəkib: "Çalışıram çıxıdğım bütün oyunlarda yaxşı oynayım. Məqsədim özümü "Qəbələ"yə sübut etmək deyil. Öz gələcəyim üçün çalışıram, əsas milliyə düşmək uğrunda mübarizə aparıram. Mənim nəyisə sübut etmək istəyim yoxdur. Əgər məsləhət olsa "Qəbələ"yə üz tutacam, olmasa "Sumqayıt"da qalacam". (Futbol11.az)
saytlarin hazirlanmasi