Sabiq "Qəbələ"li Macarıstan klubunda FOTO

10:37 - 21 Fevral 2017

Aleksey Antonov "Qəbələ"dən ayrıldıqdan sonra hələ də klubsuzdur.

 

Sportal.az xəbər verir ki, bir müddət əvvəl Rusiyanın "Anji" klubunda baxışda olan futbolçunun performansı Mahaçqala klubunun erməni çalışdırıcısı Aleksandr Qriqoryanı qane etməmişdi.

 

Bu dəfə 30 yaşlı forvard Macarıstana üz tutub. Ukrayanalı "Haladaş" klubunun düşərgəsində baxışdan keçir. "Haladaş" Macarıstan çempionatında 12 komanda arasında 7-cidir və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.

 

Qeyd edək ki, Antonov ötən mövsüm "Qəbələ"də 32 oyuna 7 qol vurub.

 

Xəbər xətti