Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIX turu çərçivəsində keçirilmiş “Sumqayıt” – AZAL matçındakı neqativ hallarla bağlı qərarlar qəbul olunub.
Oyunun gedişində meydan sahiblərinin baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub.
Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.
saytlarin hazirlanmasi