"Borussiya" suriyalı futbolçunu 10 milyon avroya transfer etdi

13:13 - 21 Fevral 2017

Almaniyanın "Borussiya" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Dortmund təmsilçisi Münhenqladbax "Borussiya"sının futbolçusu Mahmud Daudu heyətinə cəlb edib.

 

"Borussiya" suriyalı futbolçu üçün Münhenqladbax təmsilçisinə 10 milyon avro ödəyib. 21 yaşlı yarımmüdafiəçi yaxın günlərdə 4 illik müqaviləyə qol çəkəcək və mövsüm başa çatdıqdan sonra yeni komandasının sıralarına qoşulacaq. 

 

Qeyd edək ki, Daud əslən Suriyadan olsa da, Almaniyanın 21 yaşlılardan ibarət milli komandasının üzvüdür.

Xəbər xətti