Antonio Konte “Çelsi” ilə yeni müqavilə bağlayacaq.
Sportal.az xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərini razılaşdırıblar. “Çelsi”nin Premyer Liqada uğurlu çıxış etməsindən sonra rəhbərlik italyan mütəxəssislə müqaviləni uzatmaq istəyirdi.
Razılaşmaya görə, Konte 2020-ci ilin yayına qədər “Çelsi”də qalacaq. Onun qüvvədə olan müqaviləsi 2019-cu ilə qədər nəzərdə tutulmuşdu.
47 yaşlı mütəxəssis “Çelsi”yə 2016-cı ilin yayından başçılıq edir.
saytlarin hazirlanmasi