Mourinyo: "Premyer Liqada hədəfimiz "dördlük"də olmaqdı"

19:07 - 21 Fevral 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Kubokunun 1/4 final mərhələsində “Çelsi”yə qarşı keçirəcəkləri oyundan danışıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis London klubunu artıq çempion kimi gördüyünü bəyan edib:

 

“Böyük ehtimalla, “Çelsi” kuboku qazanmaq barədə düşünür. Çünki onlar artıq çempiondurlar. Biz hər oyunda qələbə qazanmağa çalışırıq. Həftəarası “Sent-Etyen”lə Avroliqada oyunumuz var. Daha sonra kubokda mübarizə aparacağıq. İnanıram ki, həmin görüşdən sonra yenidən Avroliqa həyəcanı yaşayacağıq. Premyer Liqada isə hədəfimiz “dördlük”də olmaqdır”.

Xəbər xətti