"Arsenal"la oyunda hamburger yeyən qapıçı komandadan qovuldu

11:11 - 22 Fevral 2017

İngiltərə kubokunun 1/8 final mərhələsinin “Arsenal”a qarşı oyunda (0:2) diqqət mərkəzinə düşən 5-ci divizion klubu “Satton Yunayted”in ehtiyat qapıçısı Ueyn Şou komandadan qovulub.

 

Sportal.az xəbər verir ki, “topçular”la oyun zamanı ehtiyat oyunçular skamyasında hamburger yeyən qapıçının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Maraqlıdır ki, matçdan öncə bukmeker kontorlarında Ueyn Şounun “Arsenal”la oyunda hamburger yeyib-yeməyəcəyilə bağlı 1:8 nisbətində əmsal verilmişdi. Rəhbərlik 125 kq-lıq qolkiperin məhz bu səbəbdən oyun zamanı hamburger yediyi qənaətinə gələrək, onunla yolları ayırıb.

 

Qeyd edək ki, 44 yaşlı qolkiperi daha öncə 2013-cü ildə oyun zamanı onun çəkisini ələ salan bir azarkeşə hücum edərək, ona başla zərbə endirmiş, bundan sonra komandadan qovulmuşdu. Ancaq Şou 1 il sonra yenidən komandaya qaytarılmışdı.

Xəbər xətti