Samir Məsimov yenidən Azərbaycan klubunda

17:59 - 22 Fevral 2017

Azərbaycan Premyer Liqasının autsayderi növbəti transferi rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, bakılılar U-21 millimizin sabiq üzvü Samir Məsimovla anlaşıb. Məlumatı saytımıza açıqlamasında "təyyarəçilər"in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov da təsdiqləyib. Klub rəsmisinin sözlərinə görə, Məsimov mövsümün sonuna qədər AZAL-ın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Məsimov ötən mövsüm "Neftçi"dən Sloveniyanın "Domjale" klubuna transfer olunmuşdu. Sloveniya təmsilçisində işləri yolunda getməyən yarımmüdafiəçi, "Domjale"dən ayrıldıqdan sonra bir müddət Qazaxıstanın "Okjetpes" klubunda baxışda da olmuşdu.

Xəbər xətti