Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, “Yuventus” səfərdə “Portu” ilə qarşılaşıb. "Əjdahalar" oyunun ilk hissəsində Aleks Tellesin qırmızı vərəqə almasıyla çətin vəziyyətdə qalıb. Oyunun taleyini Massimiliano Alleqrinin əvəzetmələri həll edib. Belə ki, "Yuventus" baş məşqçinin sonradan oyuna qoşduğu Marko Pyatsa və Dani Alveşin qollarıyla çətin səfər oyunundan 2:0 hesablı qələbəylə ayrılıb. Bu qələbə "qoca sinyora"ya 1/4 finala vəsiqə baxımından böyük şans verir.
"Portu" - "Yuventus" 0:2
Qollar: Pyatsa, 72. Dani Alveş, 74.
saytlarin hazirlanmasi