İngiltərə millisinin üzvü Ueyn Runinin "Mançester Yunayted"dəki gələcək taleyi qeyri-müəyyəndi.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın ən önəmli futbolçularından olan hücumçu bu mövsüm əsas heyətdəki yerini itirib. Hücumçu cari mövsümdə keçirdiyi oyunlarda cəmi 5 qol vurmağı bacarıb. Onun "Mançester Yunayted"dən ayrılmayacağını deyilsə də, hazırda Çindən aldığı təklifi qəbul etdiyi iddia edilir.
Bu məsələyə komandanın baş məşqçisi Joze Mourinyo da münasibət bildirib:
"Necə qərar verəcəyini gedin, Runidən soruşun. Mən öz gələcəyimin zəmanətini verə bilmirəm, onun üçün necə verim?"
Qeyd edək ki, 31 yaşlı hücumçu 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir.
saytlarin hazirlanmasi