Bir müddət öncə “Qəbələ”yə keçidi gündəmdə olan, ancaq sonda bu komandaya keçidi alınmayan Valeri Bojinovun yeni iş yeri bəlli olub.
Sportal.az xəbər verir ki, bolqar hücumçu karyerasını Çində davam etdirəcək. O, bu ölkənin 2-ci liqa klubu “Meyçjou Haka” ilə anlaşıb. Bu barədə futbolçu özü Bolqarıstan mətbuatına açıqlamasında danışıb. O, Çin klubuyla 1+1 şərtiylə müqavilə bağladığını deyib. Bojinov həmçinin, Qazaxıstandan da təklif aldığını, ancaq sonda Çin variantına üstünlük verdiyi bildirib.
Bojinov Çində çıxış etdiyi müddətdə bonuslar da əlavə olmaqla illik 1 milyon avro qazanacaq.
Qeyd edək ki, Bojinov karyerasını ərzində "Fiorentina", "Yuventus", "Mançester Siti", "Parma" və "Sportinq" kimi məşhur komandalarda forma geyinib. Valeri 2015-ci ildən "Partizan"ın uğurları üçün çalışırdı.
saytlarin hazirlanmasi