"Lester Siti" Ranyeri ilə yolları ayırdı

00:20 - 24 Fevral 2017

“Lester Siti” baş məşqçi Klaudio Ranyeri ilə yolları ayırıb.
 

Sportal.az xəbər verir ki, buna səbəb komandanın cari mövsümdəki uğursuz çıxışı olub.
 
Qeyd edək ki, 2015-ci ildən “Lester Siti”yə başçılıq edən 65 yaşlı mütəxəssis ötən mövsüm kluba tarixi ərzində ilk dəfə Premyer Liqa çempionluğunu qazandırmışdı.

 

Əlavə edək ki, "tülkülər" hazırda Çempionlar Liqasında mübarizəni davam etdirir. Komanda Premyer Liqada 25 turdan sonra 21 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti