"Bavariya" lüksemburqlu futbolçu transfer etdi

10:42 - 24 Fevral 2017

Almaniyanın “Bavariya” klubu heyətinə gənc futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, söhbət Rayan Yohanssondan gedir. Onun 16 yaşı var və son olaraq Fransanın "Mets" klubunun gənclərdən ibarət komandasında çıxış edib.

 

Qeyd edək ki, gənc istedad Lüksemburqdandı. Yohansson yaydan etibarən Münhen təmsilçisinin heyətində meydana çıxa biləcək.

Xəbər xətti