“Atletiko” Madridin və Fransa millisinin futbolçusu Antuan Qrizmannın bu yay “Mançester Yunayted”ə keçəcəyi gözlənilir.
Sportal.az xəbər verir ki, bu barədə Fransa millisinin sabiq çalışdırıcısı Emanuel Petit danışıb:
“Düşünürəm ki, Qrizmann “Mançester Yunayted”də karyerasını davam etdirəcək. Milli komandada Pol Poqba ilə mükəmməl oyun göstərirlər. Onlar həmçinin dostdur. O, komandaya qol, assist və qalibiyyət gətirən futbolçudur. Hər il əvvəlkinə nisbətən, daha yaxşı oyun sərgiləyir. Hesab edirəm ki, bu, “qırmızı şeytanlar” üçün “böyük razılaşma” olacaq”.
Qeyd edək ki, Qrizmann 2014-cü ildə "Atletiko"ya "Real Sosyedad"dan keçib.
saytlarin hazirlanmasi