Mourinyo: "Heç kim sənin yazdığın tarixi silə bilməz"

13:14 - 24 Fevral 2017

Xəbər verdiyimiz kimi, cari mövsümdəki uğursuz nəticələrə görə, "Lester" rəhbərliyi baş məşqçisi Klaudio Ranyeri ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, italiyalı çalışdırıcının komandadan göndərilməsinə "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo da münasibət bildirib.

 

Portuqaliyalı mütəxəssis sosial şəbəkədəki şəxsi hesabında bunları yazıb: “İngiltərə çempionu və dünyada ilin ən yaxşı məşqçisi seçilmiş şəxs qovulub. Müasir futbol belədi, Klaudio. Gülməyə davam et, dostum. Heç kim sənin yazdığın tarixi silə bilməz”.

 

Xatırladaq ki, "Lester"  Ranyerinin rəhbərliyi altında ötən mövsüm tarixində ilk dəfə olaraq İngiltərə çempionluğunu qazanıb.

Xəbər xətti