"Neftçi" Azərbaycan Premyer Liqasının XX turunda AZAL-ın qanağı olacaq.
Sportal.az xəbər verir ki, sözügedən oyun üçün hazırlaşan "ağ-qaralar" məşqlərini öz bazasında yox, süni örtüklü "İnter Arena"da keçirir. Buna səbəb isə AZAL-ın stadionunun da süni ot örtüyündən ibarət olmasıdır. Belə ki, məşqçilər korpusu komandanın süni örtüklü meydançaya uyğunlaşması üçün belə addım atıblar.
Bundan əlavə, "Kəpəz"lə oyunun ilk hissəsində zədə alan Ruslan Abışov AZAL-la matçda meydana çıxmayacaq.
Qeyd edək ki, AZAL - "Neftçi" oyunu fevralın 27-də baş tutacaq.
saytlarin hazirlanmasi