"Traktor Sazi"dən əzmkar qələbə

18:47 - 24 Fevral 2017

İran çempionatında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu səfərdə "Məşəd"lə qarşılaşıb. Matçın ilk dəqiqələrindən hesabda geri düşən təbrizlilər 2 qol vuraraq qələbə qazanmağı bacarıb - 2:1.

 

Qeyd edək ki, 44 xalla 2-ci pillədə qərarlaşan "Al qurdlar"ı lider "Persepolis"dən 6 xal ayırır.

Xəbər xətti