“Çelsi”nin baş məqşçisi Antonio Konte Klaudio Ranyerinin “Lester Siti”dən qovulmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, Konte son 5 mövsümdə İngiltərə Premyer Liqasında çempion olan mütəxəssislərin növbəti mövsümdə qovulmasına maraqlı cavab verib:
“Mövsümün əvvəlində postundan qovulmağa əsas namizədlərdən idim. Siz jurnalistlərə qalsa, mövsümün əvvəlində məni çoxdan qovmuşduz. Amma mənim üçün önəmli olan mövsümü ən yaxşı formada başa vurmaqdı. Bu xəyalı gerçəkləşdirə bilsəm, növbəti mövsümdə qovulmağa hazıram. Çempionatın bitməsinə 13 tur qalıb. Biz bu turlarda da lider olaraq qalmaq istəyirik. Ranyerinin Çempionlar Liqasında “Sevilya”ya qarşı səfər oyununda yaxşı nəticə əldə etməsinə baxmayaraq, istefaya göndərilməsi mənim üçün gözlənilməz oldu. Bunu eşidəndə, çox kədərləndim. O, eyni zamanda mənim dostumdu. Keçən mövsümdə Premyer Liqanı qazandı. Bir dost və məşqçi olaraq təəssüf edirəm”.
saytlarin hazirlanmasi